Azərbaycanda arıçılıqla bağlı layihəyə 1 milyon manat ayrılacaq


İqtisadiyyat 06 İyn 2018 13:48:45 313 0

Azərbaycanda arıçılıqla bağlı layihəyə 1 milyon manat ayrılacaq

Arıçılara ekoloji təmiz sertifikatlaşma ilə bağlı məlumatlar veriləcək

Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə birgə "Ekoloji təmiz arı məhsullarının sertifikatlaşması" adlı layihəyə başlayacaq.

Bu barədə "Report"a Azərbaycan Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov bildirib.

Assosiasiya rəhbəri layihənin maliyyə dəyərinin təqribi 1 milyon manata yaxın olduğunu və FAO tərəfindənmaliyyələşdiriləcəyini vurğulayıb.

"Kənd Təsərrüfatı Nazirliyi layihədə tərəfdaş kimi iştirak edir. İlkin mərhələdə arıçıların maarifləndirilməsi ilə bağlı iş həyata keçiriləcək, onlaraekoloji təmiz sertifikatlaşma ilə bağlı məlumatlar veriləcək", - deyə B.Həsrətov vurğulayıb.