AŞ PAda Azərbaycanda keçirilmiş prezident seçkiləri haqqında hesabat təqdim olunacaq


Siyasət 06 İyn 2018 13:45:00 275 0

AŞ PAda Azərbaycanda keçirilmiş prezident seçkiləri haqqında hesabat təqdim olunacaq

Azərbaycanda aprelin 11-i keçirilmiş prezident seçkiləri haqqında hesabat Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasında təqdim olunacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, yay sessiyası 25-29 iyun tarixlərində Strasburqda baş tutacaq.

Qeyd olunur ki, hesabat prezident seçkilərini müşahidə etmiş 33 nəfərdən ibarət AŞ PA nümayəndə heyətinin rəhbəri Viorel Riserd Badea tərəfindən təqdim olunacaq.

Bundan başqa, yay sessiyası zamanı AŞ PA-nın yeni prezidenti və bir sıra komitələrinin üzvlərinin seçiləcəyi bildirilib.