"Çoxlu dovşan yeri", "Ayın göbəyi" Bu ölkələrin harada olduğunu bilirsiniz? FOTO


Digərləri 06 İyn 2018 13:30:00 303 0

"Çoxlu dovşan yeri", "Ayın göbəyi"  Bu ölkələrin harada olduğunu bilirsiniz?  FOTO

Dünyadakı ölkələrinin hər birinin adının, təbii ki, bir mənası var. Həmin mənalar isə əksər halllarda indiyədək düşündüyümüz kimi deyil. Ümumiyyətlə, ölkə adlarının mənaları stereotipləri darmadağın edir.

Son.az bildirir ki, Avropadakı ölkələrin adları insan fəaliyyətinin tarixdəki izi və antropogen məqamlarla bağlıdırsa, Asiyadakı ölkə adları həmin dövlətlərin zəngin irsi ilə tarixini göstərir.

Afrikadakı ölkə adlarında müstəmləkə izləri qalıbsa, Cənubi Amerikada coğrafi kəşflərlə bağlı adlar az deyil.

Məsələn, "Çoxlu dovşan yeri", "Nar məkanı" və ya "Begemot" adlı ölkələrini tanıyırsınız?

Çətin.

Halbuki, həmin ölkələrin adına yaxşı bələdsiniz.

Məsələn, İspaniyanın adının mənası "Çoxlu dovşan yeri", Monakonun adı "Vahid ev" deməkdir.

Qrenadanın adının mənası "Nar məkanı"dırsa, Kanadanın açması "Kənd"dir.

Bəzi ölkələrə və onların adlarının mənalarına nəzər salaq:

Avstraliya - "Cənub torpağı"

Yeni Zelandiya - "Uzun ağ bulud torpağı"

Şotlandiya - "Şotlandların ölkəsi"

Fransa - "Frankların diyarı" ("frank" kəlməsi qədim german dilində "çılğıncasına qəddar" deməkdir)


Xəbərə aid fotolar