ABŞ-da atışma olub, 3 nəfər ölüb, 1-i ağır yaralanıb


Dünya 06 İyn 2018 13:07:16 270 0

ABŞ-da atışma olub, 3 nəfər ölüb, 1-i ağır yaralanıb

Polis cinayət törədənləri axtarır

ABŞ-ın Florida ştatının Ceksonvulle şəhərində baş verən atışma nəticəsində 3 nəfər ölüb, 1-i ağır yaralanıb.

“Report”“Fox News” telekanalına istinadənxəbər verir ki, hadisənin motivi məlum deyil.

Polis cinayət törədənləri axtarır.

Qeyd edək ki,Ceksonvillenin əhalisinin sayı bir milyon nəfərdir. Bu şəhər Floridanın ən kriminogen bölgəsi sayılır. Ceksonville dəfələrlə qətllərin sayına görə ölkə üzrə siyahıya başçılıq edib.