DTX-nın Mədəniyyət Mərkəzində daun sindromlu uşaqlar üçün tədbir keçirilib


Digərləri 06 İyn 2018 13:09:53 211 0

DTX-nın Mədəniyyət Mərkəzində daun sindromlu uşaqlar üçün tədbir keçirilib

Zəhra Quliyeva: "Məqsəd belə uşaqların cəmiyyətə inteqrasiyasını təmin etməkdir"

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan silsilə tədbirlərini davam etdirir.

"Report" xəbər verir ki, tədbirlər çərçivəsində bu gündaun sindromlu uşaqlar üçün xeyriyyə konserti keçirilib.

Mərkəzin əməkdaşı Zəhra Quliyeva çıxışında qeyd edib ki, tədbirin keçirilməsində məqsəd belə uşaqların cəmiyyətə inteqrasiyasını təmin etməkdir: "Onlar dərk etməlidirlər ki, cəmiyyətdən kənarda deyillər. Valideynlərə səbr və dözüm üçün təşəkkür edirəm. Çünki bu cür saf uşaqların tərbiyəsi ilə məşğul olmaq vacib əməldir".

Tədbirin davamında xalq artisti Faiq Ağayev və digər müğənnilərmusiqi proqramı ilə çıxış ediblər.

Sonda uşaqlara hədiyyələr verilib.