Hollandiya klubu əlcəzairli futbolçu transfer edib


İdman 06 İyn 2018 13:12:00 253 0

Hollandiya klubu əlcəzairli futbolçu transfer edib

Hollandiyanın Vitesse klubu hücum xəttini gücləndirib. Goal.az xəbər verir ki, "sarı qaralar" USM Alger klubunda çıxış edən Usama Darfalunu heyətinə cəlb edib. 24 yaşlı forvard 2022-ci ilin yayına kimi nəzərdə tutulmuş müqaviləyə imza atıb.

Vitesse növbəti mövsümdə Avropa Liqasında mübarizə aparacaq. Qeyd edək ki, Darfalu geridə qalan Əlcəzair çempionatında 24 oyuna 18 qol vurmaqla turnirin bombardiri olub.