Milli Məclisdə torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərlə bağlı təqdimat keçirilib


Digərləri 06 İyn 2018 13:13:04 239 0

Milli Məclisdə torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərlə bağlı təqdimat keçirilib

“Torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələri ilə bağlı” təqdimat keçirilib

Bakı. Elçin Mehdiyev – Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Milli Məclisin Aqrar siyasət komitəsində “Torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələri ilə bağlı” təqdimat keçirilib. Trend-in məlumatına görə, tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Ramiz Quliyev, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlar və digərləri iştirak edib. Təqdimatdan öncə iştirakçılar torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələrini əks etdirən xəritələrlə tanış olublar. Tədbiri giriş nitqi ilə açan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, tədbirin keçirilməsində məqsəd kadastr uçotu ilə əlaqədar görülən işlərin nümayişi, əldə edilən nəticələrin izahı və bu tədbirlərin gələcək perspektivləri ilə bağlı məlumatlandırmaqdır.