Zakir Həsənov Rusiyada səfərdədir


Siyasət 06 İyn 2018 13:02:04 238 0

Zakir Həsənov Rusiyada səfərdədir

Nazir MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyası Tıva Respublikasının Kızıl şəhərinə gedib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, o, Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək.

Müdafiə nazirləri tədbirdən əvvəlTıvanın Aldan-Maadır milli muzeyini, “Asiyanın mərkəzi” adlı memarlıq kompleksini ziyarət edərək müxtəlif ekspozisiyalarla tanış olublar.