Ramil Quliyev rekord qıraraq qalib oldu


İdman 06 İyn 2018 12:50:00 255 0

Ramil Quliyev rekord qıraraq qalib oldu

Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev Finlandiyada keçirilən Paavo Nurmi Oyunlarında 200 metr məsafəyə qaçışda yarışın qalibi olub. Goal.az xəbər verir ki, 28 yaşlı idmançı 20.23 saniyə ilə bütün rəqiblərini geridə qoyub. O, həmçinin Paavo Nurmi Oyunlarının rekorduna sahib olub. Ramil Quliyev iyunun 7-də Norveçin Oslo şəhərində Brilliant Liqa yarışında 200 metr məsafəyə qaçışda çıxış edəcək.