Azərbaycanda 255 min hektara yaxın istifadəsiz torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib


Digərləri 06 İyn 2018 12:40:00 218 0

Azərbaycanda 255 min hektara yaxın istifadəsiz torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib

255 min hektara yaxın istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda 44 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların səmərəsiz və ya ümumiyyətlə istifadəsiz qalması faktları aşkarlanıb. Trend-in məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. R.Cəlilov bildirib ki, aparılan tədbirlər nəticəsində 255 min hektara yaxın istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib.