"Abşeron Avtomobil Mərkəzi" MMC "Premium Servis Plyus" loyallıq proqramını işə salır


Digərləri 06 İyn 2018 12:25:00 368 0

"Abşeron Avtomobil Mərkəzi" MMC "Premium Servis Plyus" loyallıq proqramını işə salır

Azərbaycanda Mercedes-Benz avtomobillərinin rəsmi dileri  - "Abşeron Avtomobil Mərkəzi" MMC "Premium Servis Plyus" loyallıq proqramını işə salır. "Premium Servis Plyus" yaşı 8 ildən çox olan (01.01.2011-ci il tarixədək istehsal edilmiş) Mercedes-Benz avtomobillərinin sahibləri üçün tətbiq edilir və orijinal ehtiyat hissələrinə 20%-ə qədər endirimlər, həmçinin, avtomobillərə Azərbaycanda Mercedes-Benz-in rəsmi servis stansiyası  - "Abşeron Avtomobil Mərkəzi" MMC-də xidmət göstərilməsi şərtilə göstəriləcək xidmətlərə 30% endirim nəzərdə tutur.

Əlavə məlumatı məsləhətçilərdən alacaqsınız.