Kəmaləddin Heydərov zəlzələ baş verən Zaqatala rayonuna səfər edib


Digərləri 06 İyn 2018 12:15:00 273 0

Kəmaləddin Heydərov zəlzələ baş verən Zaqatala rayonuna səfər edib

Kəmaləddin Heydərov zəlzələ baş verən Zaqatala rayonuna səfər edib.

Bakı. Respublikanın şimal-qərbində baş vermiş zəlzələ ilə əlaqədar fövqəladə hallar naziri Kəmaləddin Heydərov Zaqatala rayonuna səfər edib. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 05.06.2018-ci il tarixində yerli vaxtla saat 22:40 dəqiqədə Zaqatala rayonu ərazisində 16 km dərinlikdə 5.5 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.