Türkiyə ordusu İraqın şimalında PKK-nın əsas düşərgəsinin məhv edilməsi əməliyyatına hazırlaşır


Dünya 06 İyn 2018 12:06:24 277 0

Türkiyə ordusu İraqın şimalında PKK-nın əsas düşərgəsinin məhv edilməsi əməliyyatına hazırlaşır

Bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Kandil dağında terrorçu PKK-nın əsas düşərgəsini məhv etmək üçün irimiqyaslı antiterror əməliyyatı keçirməyə hazırlaşır.

“Report” “Haberler"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki,əməliyyata 2-ci ordukomandanı İsmail Metin Temel Paşa başçılıq edəcək.

Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatında iştirak edən komandolar İraqın şimal hissəsinə dislokasiya edilir.

Məlumata əsasən, Kandil əməliyyatı başlayıb. Türkiyə hərbçisi 3-4 aydır İraqın nəzarətsiz qalan ərazisinə 25-30 km irəliləyib. Həmin bölgədə 11 hərbi məntəqə qurulub. Ötən gün İraqın şimalında keçirilən əməliyyat nəticəsindəPKK qruplaşmasının 16 mövqeyi və 16 silahlısı məhv edilib.

Havadan sursat anbarlarının bombalanıb məhv edilməsi ilə başlayan əməliyyat qurudan davam edəcək.