"İnanın Allaha ki, Günay İbrahimli bunu heç bilmir ..."


Digərləri 06 İyn 2018 11:47:43 793 0

"İnanın Allaha ki, Günay İbrahimli bunu heç bilmir ..."

Müğənni Xatirə İslam Günay İbrahimli ilə arasındakı incikliyə aydınlıq gətirib.

Son.az xəbər verir ki, müğənni "10-dan sonra"nın efirində Günayla bir probleminin olmadığını, sadəcə cüzi bir şikayətini dilə gətirdiyini deyib.

Xatirə, bəlkə də, bu incikliyindən Günayın xəbərsiz olduğunu da sözlərinə əlavə edib.

Qeyd edək ki, Xatirə "ATV maqazin onlarla" verilişndə qarşı tərəflə bağlı "Xuraman Şuşalının anası rəhmətə getdi. Mənə zəng gəldi. Dedi, Günay İbrahimlinin prodüseriyəm. Günay xanım dedi ki, Xuraman xanımın anasının yas yeri haradadır? Dedim, get ona de ki, darıxmasın hələ. Əgər telefonu mən götürmüşəmsə, sənin köməkçin məni yığa bilməz" sözlərini deyib.

G.İbrahimlinin qarşı tərəfə cavabı gecikməyib. İfaçı 106.3 FM-də Xatirənin ittihamlarına cavab verib: