"Elektron Məhkəmə" informasiya sisteminin mobil versiyası təqdim olunacaq


Digərləri 06 İyn 2018 11:36:00 369 0

"Elektron Məhkəmə" informasiya sisteminin mobil versiyası təqdim olunacaq

"Elektron Məhkəmə" İnformasiya Sistemində vəkillər şəxsi kabinetinə mobil telefonlarla da daxil ola biləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Elektron Məhkəmə İnformasiya Sistemi İşçi Qrupunun rəhbəri Ramin Qurbanov "Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, bununla bağlı işlər davam etdirilir.