Qarabağ-ın futbolçusuna La Liqa klubundan təklif


İdman 06 İyn 2018 11:34:00 355 0

Qarabağ-ın futbolçusuna La Liqa klubundan təklif

Qarabağ-ın futbolçusu Dani Kintana karyerasını ölkəsi İspaniyada davam etdirə bilər.

Goal.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Las Palmas 31 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Onunla artıq danışıqlara başlanılıb.

Qeyd edək ki, D.Kintananın Ağdam təmsilçisi ilə müqaviləsi iyunun 30-u başa çatır.

Xatırladaq ki, Las-Palmas ötən mövsüm La Liqada çıxış edib.Komanda 19-cu yeri tutduğu üçün elitanı tərk edib.