"Elektron Məhkəmə" informasiya sisteminin mobil versiyası da təqdim olunacaq


Digərləri 06 İyn 2018 10:54:00 210 0

"Elektron Məhkəmə" informasiya sisteminin mobil versiyası da təqdim olunacaq

"Elektron Məhkəmə" İnformasiya Sistemində vəkillər şəxsi kabinetinə mobil telefonlarla da daxil ola biləcək.

Bakı. Samir Əli - "Elektron Məhkəmə" İnformasiya Sistemində vəkillər şəxsi kabinetinə mobil telefonlarla da daxil ola biləcək. Trend-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin Elektron Məhkəmə İnformasiya Sistemi İşçi Qrupunun rəhbəri Ramin Qurbanov “Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası” mövzusunda keçirilən tədbirdə deyib.