Qaxda zəlzələ nəticəsində evlərdə çatlar yaranıb, kəndlərdən icra orqanlarına müraciətlər daxil olub


Sosial 06 İyn 2018 10:38:41 274 0

Qaxda zəlzələ nəticəsində evlərdə çatlar yaranıb, kəndlərdən icra orqanlarına müraciətlər daxil olub

Bu saata qədər dörd kənddən müraciət daxil olub

"Qax rayonunda baş verən zəlzələ nəticəsində evlərdə çatlar əmələ gəlib, Rayon İcra Hakimiyyətinə kəndlərdən müraciətlər daxil olub".

Bu barədə "Report"un Şimal-qərb bürosuna Qax rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqaladə Hallar Komissiyasının sədri Tahir İsmayılov məlumat verib.

Komissiya sədrinin sözlərinə görə, rayonun Güllük, Turaclı, Tasmalı, Çüdüllü kəndələrində zəlzələ nəticəsində çatların əmələ gəlməsi ilə bağlı icra hakimiyyətinə müraciət olub: "Bu saata qədər dörd kəndin hər birindən bir müraciət daxil olub".