Dələduzluqda təqsirləndirilən QHT sədrinə hökm oxundu


Digərləri 06 İyn 2018 10:40:00 211 0

Dələduzluqda təqsirləndirilən QHT sədrinə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqsirləndirilən 1961-ci il təvəllüdlü Məhəmməd Vəliyev və Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqsirləndirilən 1961-ci il təvəllüdlü Məhəmməd Vəliyev və Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə hər iki şəxsə şərti cəza verilib. Xatırladaq ki, prokuror çıxışında M.Vəliyev və C.Əhmədovun hər birinə 8 il cəza təyin edilməsini və cəzanın 2 il sınaq müddəti olmaqla şərti hesab edilməsini istəmişdi. Qeyd edək ki, M.Vəliyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, C.Əhmədov isə təşkilatın sədr müavinidir. Hər iki təqsirləndirilən dələduzluq, rüşvət alma və sənədlərin saxtalaşdırılmasında ittiham edilirlər. Daha əvvəl mətbuatda veteranlar təşkilatın sədr və sədr müavinindən şikayətçi olduqları qeyd edilib.