Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycana kömək edəcək


Digərləri 06 İyn 2018 10:34:09 332 0

Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycana kömək edəcək

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycan hökumətinə aqrobiznesin rəqabətqabiliyyətliliyinin artırılmasında kömək etməyi planlaşdırır.

Son.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri Yan van Bilsen deyib.

Regional menecerin sözlərinə görə, kənd rayonlarında əhalinin təqribən 40 faizini iş yeri və gəlirlə təmin edən kənd təsərrüfatı sektoru daha geniş maliyyələşdirmə sayəsində daha məhsuldar və gəlirli ola bilər:

"Bu sahəyə kömək etməyin yollarından biri aqrosığortadır. Bu, kənd təsərrüfatı istehsalı ilə bağlı hava və qiymət volatilliyi kimi riskləri yumşaltmağa imkan verəcək. Avropa və Mərkəzi Asiyada aqromaliyyələşmə üzrə məşvərət layihəsi fermerlərlə birgə müxtəlif araşdırmaların həyata keçirilməsi, kənd təsərrüfatı sığortası barədə qanunun hazırlanması və kənd təsərrüfatı sığortası sistemi konsepsiyasının hazırlanması üçün Azərbaycan hökuməti ilə işləyib".