Sarayevoda Nizami Gəncəvi Beynəlxlaq Mərkəzinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb (FOTO)


Digərləri 06 İyn 2018 09:56:00 209 0

Sarayevoda Nizami Gəncəvi Beynəlxlaq Mərkəzinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb (FOTO)

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək fəaliyyəti, beynəlxalq qurumlarla əməkdaşlıq, təşkilatın yeni layihələri ilə bağlı firik mübadiləsi aparılıb.

Bakı. Nizami Gəncəvi Beynəlxlaq Mərkəzinin Baş katibi Rövşən Muradov Bosniya və Hersoqovina Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Baş nazirin müavini və iqtisadiyyat naziri Mirko Sarovic, sabiq baş nazir, xarici işlər naziri Zlatko Lagumdzija və Sarayevo şəhərinin meri Abdullah Skaka ilə görüşüb. Mərkəzdən Trend-ə verilən məlumata görə, görüşlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bosniya və Hersoqovinada fəaliyyətinin daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. VII Qlobal Bakı Forumuna hazırlıqla bağlı ətraflı məlumat verilib. Forumun bir çox ölkələri narahat edən problemlərin müzakirəsinə imkan yaradan əlverişli platforma olduğu vurğulanıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək fəaliyyəti, beynəlxalq qurumlarla əməkdaşlıq, təşkilatın yeni layihələri ilə bağlı firik mübadiləsi aparılıb. Azərbaycan dövlətinin mərkəzin təşəbbüslərinə verdiyi dəstəyin qlobal sülhün və təhlükəsizliyin təmin olunması istiqamətinə axtarışlara mühüm töhfə olduğu vurğulanıb. Qeyd olunub ki, müasir dövrdə dünyada cərəyan edən mürəkkəb proseslər bir çox həlli çətin ziddiyyətlərə səbəb olub bu ziddiyyətlərin aradan qaldırılması üçün böyük siyasi təcrübəyə və dünyagörüşünə malik insanların birlikdə apardığı müzakirələr olduqca mühüm əhəmiyyətə malikdir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin