BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri prioritetləri açıqlayıb


Dünya 06 İyn 2018 09:42:40 298 0

BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri prioritetləri açıqlayıb

Mariya Fernanda Espinosa Qarses BMT tarixində bu vəzifədə olmuş dördüncü qadındır

Ekvadorun xarici işlər naziri Mariya Fernanda Espinosa Qarses BMT Baş Assambleyasının növbəti - 73-cü sessiyasının sədri seçilib.

"Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, BMT tarixində bu vəzifədə olmuş dördüncü qadındır.

BMT-nin Baş Assambleyasının yeni sədri prioritetlər barədə danışarkən davamlı inkişafın məqsədlərinə nail olmağı vəd edib. Xanım sədr baş katibin təşkilatda islahatlar aparmaq üzrə səylərini dəstəkləməyə hazır olduğunu vurğulayıb.