Bakıda sürətlə hərəkətdə olan sərnişin avtobusu piyadanı vurub FOTO


Digərləri 06 İyn 2018 08:52:00 454 0

Bakıda sürətlə hərəkətdə olan sərnişin avtobusu piyadanı vurub  FOTO

Avtobus yol polis əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilib

Paytaxtın Nərimanov rayonunda avtobus yol-nəqliyyat hadisəsi törədib.

Son.az report.az-a istinadən bildirir ki, 1974-cü il təvəllüdlü Əhmədov Saleh Alik oğlu Təbriz küçəsində yolu keçərkən onu sürətlə hərəkətdə olan "90-XX-147" dövlət qeydiyyat nişanlı 202 saylı "Daewoo" markalı sərnişin avtobusu vurub.

Yaralı təcili yardım xidmətinin köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.

Avtobus yol polis əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.


Xəbərə aid fotolar