Tramp: "Hər şey yaxşı gedir, görək nə olacaq"


Dünya 06 İyn 2018 08:34:00 330 0

Tramp: "Hər şey yaxşı gedir, görək nə olacaq"

Son.az Trend-ə istinadən bildirir ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trump KXDR lideri Kim Çen Inla görüşə hazırlıq prosesinin yaxşı getdiyini söylədi.

Xatırladaq ki, ABŞ-Şimali Koreya Sammiti 12 iyunda Sinqapurda baş tutacaq.

"Hər şey yaxşı gedir, görək nə olacaq. Bu, çox vacib məsələdir. Bu iki gün çox əhəmiyyətli olacaq ", - Trump jurnalistlərə bildirib. Eyni zamanda, prezident hansı iki günü nəzərdə tutduğunu dəqiqləşdirmədi.