Bakıda həbsdən çıxan ata həyat yoldaşı və uşaqlarını döyərək onlara xəsarət yetirib


Kriminal 06 İyn 2018 08:37:00 313 0

Bakıda həbsdən çıxan ata həyat yoldaşı və uşaqlarını döyərək onlara xəsarət yetirib

Yaralılardan biri xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib

Bakının Nərimanov rayonunda bir ailənin üç üzvü döyülüb.

Son.az report.az-a istinadən bildirir ki, Əliyar Əliyev küçəsi, 7 ünvanında yaşayan Xanlar Qurbanov evə gələrək ailə üzvləri ilə mübahisə edib.

O, əvvəlcə 1997-ci il təvəllüdlü oğlu Sirac Qurbanovu döyərək ona xəsarətlər yetirib. Bununla hirsi soyumayan X.Qurbanov 1969-cu il təvəllüdlü həyat yoldaşı Qurbanova Reyhan Çingiz qızını da döyüb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Kişi ardınca qızı Q.S-nı da döyüb.