Hüseyn də "Maşın"dan getdi? VİDEO FOTO


Şou-biznes 06 İyn 2018 08:15:00 348 0

Hüseyn də "Maşın"dan getdi?  VİDEO  FOTO

Günü-gündən həyəcanının artdığı "Maşın" realiti-şouda daha bir maraqlı hadisə baş verib.

Son.az axşam.az-a istinadən bildirir ki, veriliş başlayan kimi aparıcı, xalq artisti Murad Dadaşov ötən gün baş vermiş bir məsələyə aydınlıq gətirib.

O, dünən İlhamə Bədəlovaya qalib gələn Hüseyn Əzizoğlunu yanına çağırıb və bir video nümayiş etdirib. Həmin videoya əsasən bir çox saytlar ötən gün Hüseynin səhvən əlini maşından götürdüyünü yazıblar.

Murad isə izləyicilərin və media işçilərinin yanlışlığa yol verdiyini bildirərək, görüntülərin daha aydın göstərilməsini xahiş edib. Məlum olub ki, bloqqer bir əlini maşına qoyduqdan sonra digəri ilə maşın üzərində alqış edib.


Xəbərə aid foto