Gürcüstan BMTyə Suriya ilə diplomatik əlaqələrin kəsilməsinə dair məlumat verib


Dünya 06 İyn 2018 08:19:00 296 0

Gürcüstan BMTyə Suriya ilə diplomatik əlaqələrin kəsilməsinə dair məlumat verib

Gürcüstan rəsmi olaraq Suriya ilə diplomatik əlaqələrin kəsilməsi haqda açıqlama verdi.

Son.az Trend-ə istinadən bildirir ki, Gürcüstan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Gürcüstanın BMT-dəki daimi nümayəndəsi bu təşkilatın Baş katibinə Tbilisinin Suriya ilə diplomatik əlaqələrini rəsmən pozduğu haqda məlumat verib.

Gürcüstanda belə qərarı, Suriya hakimiyyətinin Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyaraq beynəlxalq hüquq normalarına zidd hərəkət etməsiylə əlaqələndirdi.

Abxaziya və Cənubi Osetiyanın müstəqilliyi mayın 29-da Suriya tərəfindən tanındı. Həmin gün Gürcüstan Dəməşkdə bu qərarın suverenliyin qorunması və sərhədlərin tanınması haqda beynəlxalq hüquqi öhdəliklərə məhəl qoyulmadan, Rusiya təzyiqi altında qəbul edildiyini söylədi.