Zaqatalada zəlzələ nəticəsində bir sıra evlərdə çatlar əmələ gəlib FOTO


Digərləri 06 İyn 2018 08:07:00 369 0

Zaqatalada zəlzələ nəticəsində bir sıra evlərdə çatlar əmələ gəlib  FOTO

İyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində baş verən 5,5 bal gücündə zəlzələdən sonra bir sıra evlərdə çatlar əmələ gəlib.

Son.az bildirir ki, rayonun Yeni Suvagil kənd sakinlərinin APA-ya verdiyi xəbərə görə, zəlzələdən sonra bir neçə kənd sakininə məxsus çay daşından inşa edilmiş mal tövlələrinin divarında uçqun baş verib, bir-neçə yaşayış evlərinin divarlarında xırda çatlar əmələ gəlib. Episentrə yaxın  bir sıra yaşayış məntəqələrində 2012-ci il zəlzələsindən sonra evlərin divarlarında yaranan xırda çatlarda genişlənmə qeydə alınıb.

Zəlzələdən sonra insanlar arasında yaranan stress və qan təzyiqi səbəbindən Qax və  Zaqatala Mərkəzi Rayon Xəstəxanalarının (MRX) Təcili Yardım Şöbələrinə çoxlu sayda müraciətlər olub.


Xəbərə aid fotolar