Azərbaycanda daha iki regional televiziya kanalı birləşib


İqtisadiyyat 06 İyn 2018 07:50:00 319 0

Azərbaycanda daha iki regional televiziya kanalı birləşib

“Qütb Teleradio Şirkəti”nin fəaliyyətinə xitam verilib

“Qütb Teleradio Şirkəti” MMC fəaliyyətinə xitam verilərək “RTV” MMC-yə qoşulub.

“Report” xəbər verir ki, bu barədə məlumat rəsmi mətbuatda dərc olunub.

Bildirilir ki, “RTV” “Qütb Teleradio Şirkəti”nin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edib.

Ötən ayın əvvəlində də “Türkel TV” MMC-nin ləğv edilərək “Region TV” MMC-yə qoşulması nəticəsində ikinci televiziya kanalı yenidən təşkil edilmişdi.