Özəl klinikaların hamısında bu şərait yoxdur - HANSI?


Digərləri 06 İyn 2018 07:30:40 236 0

Özəl klinikaların hamısında bu şərait yoxdur - HANSI?

Özəl klnikaların demək olar ki, hamısında yeni doğulan körpələrə ilkin tibbi yardım xidmətləri göstərilir, lakin...

Bakı. İlhamə İsabalayeva – "Özəl klnikaların demək olar ki, hamısında yeni doğulan körpələrə ilkin tibbi yardım xidmətləri göstərilir. Ancaq təəssüf ki, özəl klinikaların hamısında ağır vəziyyətdə doğulan körpələrə ilkin tibbi yardımdan sonra tələb olunan yüksək səviyyəli tibbi tədbirlərin göstərilməsi üçün müvafiq şərait yoxdur". Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin baş neonatoloqu, qurumun Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov deyib. Onun sözlərinə görə, buna görə də özəl tibb müəssisələri yenidoğulmuşlara ilk yardım göstərildikdən sonra körpələri dövlət tibb müəssisələrinə köçürürlər.