Qvatemalada vulkan nəticəsində ölənlərin sayı 75 nəfərə çatıb


Dünya 06 İyn 2018 06:46:10 273 0

Qvatemalada vulkan nəticəsində ölənlərin sayı 75 nəfərə çatıb

200-dən çox insan itkin düşüb

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 75 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "İnterfax" məlumat yayıb.

Bununla belə, 200 nəfər itkin düşmüş hesab edilir.

Yerli KİV-in məlumatlarına görə, hələ ki, cəmi 23 nəfərin meyitini tanımaq mümkün olub.