Musiqi məktəbinin yubileyi keçirilib


Digərləri 06 İyn 2018 01:36:00 301 0

Musiqi məktəbinin yubileyi keçirilib

36 nömrəli musiqi məktəbinin yaranmasının 30 illik yubileyi münasibəti ilə konsert keçirilib

Bakı. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 36 nömrəli uşaq musiqi məktəbi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında məktəbin yaranmasının 30 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirib. Trend-in məlumatına görə, konsertdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktoru Hacı Əliyev, Bakı şəhər musiqi məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.