İran nüvə proqramını bərpa etdi


Dünya 06 İyn 2018 00:00:00 300 0

İran nüvə proqramını bərpa etdi

İran  hökuməti uran zənginləşdirmə səviyyəsini qaldırmağa başladığı haqda Beynəlxalq Atom Enerji Agentliyini (BAEA) bildiriş göndərib.

Son.az oxu.az-a istinadən bildirir ki, bunu İranın Atom Enerji Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.

"Ötən gün biz BAEA-nə məktub göndərmişik. Həmin məktubda nüvə proqramı kontekstində işlərin başlandığını qeyd etmişik. Agentlik bu gün məktubu qəbul edib. Ona görə, bu gündən etibarən prakitiki addımlara başlayırıq" - deyə Salehi bildirib.