Günün qoroskopu: maliyyə məsələlərində diqqətli olun


Digərləri 06 İyn 2018 00:01:00 332 0

Günün qoroskopu: maliyyə məsələlərində diqqətli olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Hadisələri tələsdirməyin, tam formalaşmamış situasiyalara kobud müdaxilələr etməyin. İşləri tez başa vurmaq üçün mütəxəssislərin yardımlarından istifadə edin. Yaxşı çalışsanız, gəlirləriniz pis olmayacaq.

Günün ikinci yarısında işgüzar təmaslarda sakit, soyuqqanlı olun. Diplomat təki davranın. Yaxın ətrafınızdakı insanlardan birinin yardıma ehtiyacı var. Görəcəyiniz işin ödənişini istəyəndə məbləği realistcəsinə formalaşdırın. Gərgin vəziyyətdə emosiyalarınıza hakim olun.

Axşam saatlarında gəzintiyə çıxın.

Buğa - Daha bir harmonik gündür. Bir qədər əvvəl başladığınız işləri yarımçıq qoymayın. Maneə və sədlərdən qorxmayın. İntuisiyanızla praktiki hissiyatınız sizə məsuliyyətli işlərdə, önəmli məsələlərdə dürüst seçim etməyə imkan verəcək.

İfrata varmayın. Tamahkarlıq etməyin.

Günün ikinci yarısında imicinizin qeydinə qalın. Nüfuzunuza zərbə vura biləcək qərarlar verməyin. Stilinizi qoruyun.

Hormonal balansa fikir verin. Səhhətinizin qeydinə qalın.

Əkizlər - Günün ilk yarısında başlayacağınız işlərdə qətiyyətli olun, yarıyolda dayanmayın. Mühüm mərhələlər və dönəmlərə fikir verin. Ən yaxşı keyfiyyətə can atın. Belədə zəhmətinizin nəticəsini görəcəksiniz, səyləriniz boşuna getməyəcək.

Günün ikinci yarısında yeni prosesə başlamaq olar. Evin təmiri, fərqli biznes, yeni iş yerinə adaptasiya üçün əlverişli zamandır.

Unutmayın ki, istənilən işdə ardıcıllıq və sistematik fəaliyyət əsas məsələlərdən biridir. Cari işlərlə məşğul olarkən uzunmüddətli perspektivləri də unutmayın.

Axşam saatlarında səfər ola bilər.

Xərçəng - Biliklərinizlə potensialınızı nümayiş etdirmək üçün əla zamandır. İşgüzar münasibətlər ilə məişət problemlərini qarışdırmayın. Ən çətin problemin həllini, istək olarsa, gəlirli olaya çevirmək olar.

Günün ikinci yarısında başladığınız işlərin praktiki yönlərinə xüsusi fikir verin. Yaxınlarınızın qeydinə qalın. Dəyər verdiyiniz insanın qayğıya ehtiyacı var.

Kiminsə xoşuna gəlməyə çalışmayın. Öz işlərinizlə məşğul olun.

Axşam saatlarını maraqlandığınız işə ayırın. Hobbini yada salmaq olar.

Şir - Təmkinli olun. Harmoniya düşünülmüş fəaliyyətdədir. Fəaliyyət sahəsindəki yenilikləri dəqiqləşdirin, təhlil aparandan sonra məntiqi seçim edin.

Alış-verişdə kredit kartlarından çox istifadə etməyin. Kredit məbləğlərinin aylıq ödənişlərinin ilk baxışdan "kiçik" olmasına aldanmayın.

Günün ikinci yarısında rasionunuza fikir verin. Pəhrizə və ya məşqlərə başlamaq üçün münasib zaman deyil. Orqanizminiz üçün "stress-test" keçirməyin.

Qız - Hansısa məsələdə dərin şübhələriniz varsa, tələsik addım atmayın. Kompromisə, güzəştli həll variantına zərurət duyulur. İşlərin sonucunun uğur səviyyəsi məhz sizdən asılıdır.

Durumun maliyyə yönlərinə xüsusi fikir verin.

Günün ikinci yarısında yeni iş təklifi ala bilərsiniz. Gəlirlərin, yaxud maaşın müntəzəmliyinə, habelə məbləğinə xüsusi fikir verin. Hadisələrə ciddi təsir imkanlarına malik insanla əlaqə saxlayın. Sevdiyiniz insanın diqqət izharlarınıza ehtiyacı var.