Bakıda avtomobili park etmək üstündə qətl


Digərləri 05 İyn 2018 22:51:00 218 0

Bakıda avtomobili park etmək üstündə qətl

Növbəti proses iyunun 7-də davam etdiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Vidadi Rzayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az "Report"a istinadən bildirir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmişin hüquqi varisi, mərhum Şahin İsgəndərovun qardaşı Elçin İsgəndərovun məhkəməyə teleqram göndərdiyi elan olunub.

O, hadisədən sarsıldığını, təqsirləndirilən şəxsi görmək istəmədiyini, prosesə gələrsə, münaqişə yarada biləcəyini qeyd edib.

Daha sonra məhkəməyə gəlməyən iki şahidin ifadələri elan olunub.

Məhkəmə istintaqı yekunlaşıb.

.

Qeyd edək ki, hadisə Yasamal rayonu, Xıdır Mustafayev küçəsində qeydə alınıb. 57 yaşlı Vidadi Rzayev aralarında yaranmış mübahisə zəminində qonşusu, 47 yaşlı Şahin İsgəndərova bıçaqla 9 dəfə zərbə vurub. Şahin İsgəndərov ağır vəziyyətdə 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Yasamal rayon hüquq mühafizə orqanlarının əməkdaşları V.Rzayevi saxlayıblar.

Hadisə şahidlərinin verdiyi məlumata görə, mərhum Ş.İsgəndərov dəfələrlə qonşusu V.Rzayevə avtomobilini yolda saxlaması ilə bağlı iradını bildirib.