Orucluğun ictimai təsirləri


Digərləri 05 İyn 2018 22:40:00 261 0

Orucluğun ictimai təsirləri

Oruc mənəvi ibadətdir ki, Allah rizası üçün yerinə yetirilir. Oruc, oructutanın rəftarına, danışığına və əməlinə öz təsirini qoyur. Həzrət Zəhra (s.ə) buyurur: "Oructutan ki, dilini, qulağını, gözünü, bədənini qoruya bilməzsə, oruc nə işinə yarayar ki?".

O zaman ki, insan orucundan və Ramazan ayından istifadə edər - günahdan uzaq olar, bütün bədən üzvlərinə nəzarət edər, bu, həmin insan üçün bir mələkəyə çevrilər və qalan aylarda da o cür olmağa çalışar.

Son.az deyerler.org-a istinadən bildirir ki, oruc tutanların camaat namazlarında iştirak etməsi, Qədr gecələrində bir yerə toplaşması insanların ictimai rabitələrini gücləndirər və həmrəyliyə səbəb olar.

"Ey iman gətirənlər, səbir və namazdan kömək diləyin ki, həqiqətən Allah səbr edənlərlədir". ("Bəqərə" 153).

İsti yay günlərində oruc tutmaq çətin olsa da, insan həmrəylik yolu ilə bu çətinliyi özü üçün asanlaşdıra bilər. Belə ki, ətrafında olanların da oruc tutduğunu görər və tək olmadığını anlayar, bu zaman orucluğun əziyyəti onun üçün asanlaşar və ibadətindən ləzzət aparar.