Tekfen Filarmoniya Orkestri Bakıda “100 il” adlı konsert proqramı ilə çıxış edib FOTO


Digərləri 05 İyn 2018 22:46:00 271 0

Tekfen Filarmoniya Orkestri Bakıda “100 il” adlı konsert proqramı ilə çıxış edib  FOTO

İyunun 5-də Heydər Əliyev Mərkəzində "Tekfen" Filarmoniya Orkestri "100 il" adlı möhtəşəm konsert proqramı ilə çıxış edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş konsertin tamaşaçıları sırasında respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, dövlət və hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri də olublar.

Heydər Əliyev Mərkəzi və "Tekfen" inşaat şirkətinin təşkilatçılığı ilə keçirilən klassik musiqi axşamında orkestr tanınmış dirijor Аziz Şoxakimovun bədii rəhbərliyi ilə bir-birindən parlaq klassik musiqi nömrələri ifa edib. Gecədə görkəmli bəstəkarlar Qara Qarayev və Hacı Xanməmmədovun, habelə Ülvi Cemal Erkinin (Türkiyə) və Şarl Qunonun (Fransa) əsərləri səsləndirilib.

Dünya şöhrətli pianoçu Hüseyin Sermet və kamança ifaçısı Mehri Arifqızının solist qismində çıxışı gecəyə əlavə gözəllik qatıb.

Orkestr bütün professional ifaçılıq imkanlarını təqdim etməklə, musiqi ilə emosiyalar arasındakı bağlılığı bir daha sübut edib. Eyni zamanda, universal ifaçılıq üslubunu nümayiş etdirən kollektivin çıxışı salonda yüksək əhval-ruhiyyə yaradaraq hərarətli alqışlarla qarşılanıb.