Şən və Hazırcavablar Klubu respublika çempionatı başa çatdı FOTO


Digərləri 05 İyn 2018 22:47:00 292 0

Şən və Hazırcavablar Klubu respublika çempionatı başa çatdı  FOTO

"Azərbaycan Şən və Hazırcavablar" Klubunun "Yunior Liqa" şən və hazırcavablar klubu (ŞHK) respublika çempionatının yekun mərhələsi keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu qurum ilə "Azərbaycan Şən və Hazırcavablar" Klubunun birgə keçirdiyi çempionatın əsas məqsədi ŞHK-nın ənənələrini yaşatmaq, yetişməkdə olan gənc nəslin müvafiq istiqamətdə yaradıcı potensialını aşkara çıxarmaqdır.

Çempionatda Bakı şəhərinin 21 ümumtəhsil məktəbini və Dağıstan Respublikasını təmsil edən komandalar yarışıb.


Xəbərə aid fotolar