Ötən ay “Azərişıq” ASC-yə ASAN xidmət vasitəsi ilə 13 min müraciət olub


Digərləri 05 İyn 2018 22:44:17 226 0

Ötən ay “Azərişıq” ASC-yə ASAN xidmət vasitəsi ilə 13 min müraciət olub

Xidmətlərin sayının 13-ə çatdırılması may ayı ərzində səhmdar cəmiyyətə daxil olan müraciətlərin sayında artıma səbəb olub.

Bakı. “Azərişıq” ASC-nin abonentlərə göstərdiyi xidmətlərin bütün regionlardakı “ASAN xidmət” mərkəzlərini əhatə etməsi, eyni zamanda 2018-ci il ərzində əlavə üç xidmətin yaradılaraq xidmətlərin sayının 13-ə çatdırılması may ayı ərzində səhmdar cəmiyyətə daxil olan müraciətlərin sayında artıma səbəb olub. “Azərişıq” ASC-dən Trend-ə verilən məlumata görə, həmin üç yeni xidmətdən ikisi məhz may ayının əvvəlindən etibarən fəaliyyətə başlayıb. Bunlar “yük hesabatının hazırlanması” (elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd) və “istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi” adlı xidmətlərdir.