İmam Səccadın Ramazan ayına verdiyi 5 ad


Digərləri 05 İyn 2018 22:20:00 286 0

İmam Səccadın Ramazan ayına verdiyi 5 ad

İmam Səccad (ə) "Səhifeyi-Səccadiyyə" kitabında Ramazan ayına 5 ad vermişdir ki, onlarla tanış olaq:

1. Ramazan ayı. İmamın (ə) bu müqəddəs ay üçün qərar verdiyi ilk ad - Ramazan ayıdır. Ramazan sözü "rəməz" sözündən götürülmüşdür ki, mənası günəşin yandırıcı nur saçmasıdır. Yəni, yüksək hərarət, yandırıcı hərarət nəzərdə tutulur. Peyğəmbərimiz (s) ona görə buyurur: "Bu ayın adını ona görə Ramazan ayı qoyublar ki, bu ayın nuraniliyi və hərarəti keçmiş günahları yandırar. Əməl dəftərinin qara səhifələrini ağardar".

2. Orucluq ayı. Həzrət Peyğəmbər (s) buyurur: "Allah Təala buyurmuşdur: "Oruc - Mənim üçündür və Mən onun mükafatını verəcəyəm". Oruc nəfsani istəkləri və şəhvəti aradan aparır və qəlbin səfasına səbəb olur.

Son.az deyerler.org-a istinadən bildirir ki, insanın həm zahirini və həm də batinini paklayır və zinətləndirir. İnsana Allahın nemətlərini göstərir və əvəzində də insan Allaha şakir olur.