ABŞ Türkiyəni “F35”lərdən məhrum edə bilər
Dünya 05 İyn 2018 22:27:00 276 0
Türkiyənin Rusiyadan "Su-57" qırıcısı kimi yüksək texnologiyalı hərbi texnika almaq planı, bu ölkənin beşinci nəsil "F35" qırıcıları layihəsində gələcək iştirakını sual altına alır.
Son.az oxu.az-a istinadən bildirir ki, bunu ABŞ dövlət katibinin köməkçisi Uess Mitçel bildirib.
"F-35-ə gəlincə... onlar Rusiyanın yüksək texnologiyalı silahlarına doğru səmt tutsalar, bu bilavasitə onların ABŞ hərbi layihələrində iştirakına təsir göstərəcək", -deyə sözçü "Heritage" fondunda etdiyi çıxışda bildirib.
Mənbə: milli.az