"Ölüm üstündə yatmışam, sənin başını kəsərəm" Baskıda avtobus sürücüsü VİDEO


Digərləri 05 İyn 2018 21:53:00 356 0

"Ölüm üstündə yatmışam, sənin başını kəsərəm"  Baskıda avtobus sürücüsü   VİDEO

"Üç dənə sırokum var, ölüm üstündə yatmışam, sənin başını kəsərəm".

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu ifadələri ictimai nəqliyyat vasitəsinin sürücüsü işlədir. Hansı ki, o, işə götürülən zaman tələb olunan sənədlərdən biri məhkumluğunun olub- olmaması ilə bağlı arayışdır. Bu sürücü isə telefon danışığında özünün kriminal keçmişini açıq şəkildə dilə gətirir. Elə onun danışıq üslubu özü də kriminal aləmin özü üçün heç də yad olmadığını göstərir.

Görüntülər 66 saylı marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərdən biri tərəfindən çəkilərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərilib. İctimai nəqliyyat sürücülərinin sükan arxasında telefonla danışması qayda pozuntusu olsa da, bu, az qala adi hala çevrilib. Əsas təhlükə isə kriminal keçmişinin olduğunu öz dili ilə etiraf edən, açıq şəkildə hədə-qorxu saçan bir şəxsin sürücü işləməsi isə daha dəhşətli bir faktdır. Belə sürücü ilə sərnişinin mübahisənin nə ilə nəticələnəcəyini təsəvvür etmək çətin deyil.

Məsələyə 66 saylı marşrut xəttinin istifadəçisi olan şirkətin aydınlıq gətirməsini üçün onlara müraciət etdik. Xəttin kolon rəisi Xəqani Əliyev bildirdi ki, Azad Yaqubov adlı həmin sürücü ilə bağlı sərnişinlərindən şikayət gəldiyinə görə işdən azad edilib. Kolon rəisinin sözlərinə görə, işə qəbul zamanı sürücüdən bəzi sənədlər tələb edilir ki, orada sağlmlıq və məhkumluğu nəzərə alınır.


Xəbərə aid video