Taxify 175 milyon dollar investisiya aldı


Digərləri 05 İyn 2018 21:15:00 306 0

Taxify 175 milyon dollar investisiya aldı

Estoniyada təsis edilmiş məşhur Taxify taksi servisi növbəti investisiya raundunu yekunlaşdıraraq 175 milyon dollar investisiya aldı. Nəticədə sözügedən taksi servisinin qiyməti 1 milyard dollar dəyərində qiymətləndirilib. Qeyd etmək lazımdır ki, yekunlaşdırılmış investisiya raunduna avtomobil istehsalçısı olan Daimler şirkəti liderlik edib. Beləliklə Daimler şirkətinin təmsilçiləri Taxify servisinin direktorlar şurasına daxil olacaqlar.

Son.az technote.az-a istinadən bildirir ki, investisiya raundunda həmçinin Avropanın vençur fondu Korelya Capital və TransferWise ödəniş sisteminin təsisçisi iştirak ediblər. Taxify əldə olunmuş investisiyanı öz texnologiyalarının inkişafı və beynəlxalq ekspansiya üçün istifadə edəcək. Taksi servisi əsasən Afrika və və bir sıra Avropa bazarlarına çıxmağı planlaşdırır. Taxify həmçinin təsdiq edib ki, o, Rusiya bazarına çıxmağa hazırlaşır. Bu məsələ barəsində hələki heç bir dəqiq tarix yoxdur.