Qəfil peyda olan UNO sürücünü dəhşətə gətirdi VİDEO


Digərləri 05 İyn 2018 21:17:00 426 0

Qəfil peyda olan UNO sürücünü dəhşətə gətirdi  VİDEO

ABŞ sakini Con Fleneqen iyunun 1-i gecəsi Alabama ştatında qeyri-adi uçan obyekt görüb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə "Esoreiter" portalı məlumat yayıb.

Con Fleneqen Hantsvill şəhərində avtomobillə gedərkən, şimşəyin çaxmasını telefonla lentə alıb. Ancaq bu an gözlənilmədən səmada böyük ölçülü sirli gümüşü disk peyda olub.

Sosial şəbəkələrdə paylaşılan video insanların marağına səbəb olub. Bəzilərinin fikrincə, kameraya düşən naməlum uçan obyektdir (UNO). Digərləri isə bunu hər hansı bir əşyanın avtomobilin şüşəsindəki əksi hesab edirlər.


Xəbərə aid video