Avropa İttifaqı imzalarımızı tanıyacaq?


Digərləri 05 İyn 2018 21:03:00 223 0

Avropa İttifaqı imzalarımızı tanıyacaq?

Azərbaycan elektron imzaların qarşılıqlı tanınması ilə bağlı Avropa İttifaqı (Aİ) ölkələri ilə iş aparır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Bakıda keçirilən 4-cü Aİ-Azərbaycan biznes-forumunda çıxışı zamanı nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavini bildirib ki, bu sahədə işlər yerli qanunvericiliyin Aİ-nin yeni tapşırığına uyğunlaşdırılmasını nəzərdə tutur.

E.Vəlizadə əlavə edib ki, elektron ticarətin inkişafı üçün zəruri addımlar reallaşdırılır və ticarətin həcmi daim artır: "Bu sahənin daha da inkişaf etməsi üçün ölkələr arasında elektron imzaların qarşılıqlı tanınması və e-imzanın qeyri-rezidentlər tərəfindən istifadəsi imkanının təmin olunması üzrə işlər aparılır".