Ötən ay ərzində 130 hərbi sursat tapılıb


Digərləri 05 İyn 2018 21:04:00 240 0

Ötən ay ərzində 130 hərbi sursat tapılıb

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu ilin may ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə hesabat yayıb.

Son.az Trend-ə istinadən bildirir ki, may ayı ərzində agentlik tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Füzuli, Goranboy, Xızı, Qazax, Tərtər rayonları və Bakı şəhəri ərazisində 482.01 hektar ərazi yoxlanılıb, 129 ədəd partlamamış hərbi sursat və 1 ədəd piyada əleyhinə mina (cəmi 130 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 485 nəfər əməliyyat heyəti, 134 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 52 881.03 hektar ərazi təmizlənib, 796 884 ədəd mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.