Qırğızıstan Dövlət Gömrük Xidmətinin keçmiş rəhbəri həbs edilib


Dünya 05 İyn 2018 20:51:00 244 0

Qırğızıstan Dövlət Gömrük Xidmətinin keçmiş rəhbəri həbs edilib

Onun barəsində çıxarılmış yaşadığı ərazini tərk etməmək barədə iltizam qərarı həbslə əvəzlənib

"Qırğız RespublikasınınDövlət Gömrük Xidmətinin keçmiş rəhbəri Kubanıçbek Kulmatov həbs edilib".

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bunu Qırğızıstanın Dövlət Gömrük Xidmətinin rəsmi nümayəndəsi Rahat Sulaymanov deyib.

Onun sözlərinə görə, Kubanıçbek Kulmatov məhkəmənin qərarı ilə həbs edilib. Onun barəsində çıxarılmış yaşadığı ərazini tərk etməmək barədə iltizam qərarı həbslə əvəzlənib.

Bundan əvvəl Qırğızıstan paytaxtının meri olmuş Kubanıçbek Kulmatova qarşı Çinin TVEA şirkətinin maliyyəsi ilə Bişkekdəməktəbin inşası zamanı aşkarlanmış korrupsiya faktı üzrə cinayət işiqaldırılıb. İstintaqın gəldiyi qənaətə görə, Çin şirkətinin ayırdığı vəsait təyinatı üzrə xərclənməyib.