Sonsuzluğun çarəsi olan bildirçin yumurtasının


Digərləri 05 İyn 2018 20:40:00 331 0

Sonsuzluğun çarəsi olan bildirçin yumurtasının

Toyuq yumurtasından nisbətən kiçik, qida dəyəri daha zəngin olan bildirçin yumurtası körpənin qidalanmasında üstünlük təşkil edir.

Sarısında toplanan zülal ana südündəki zülala bərabər xüsusiyyəti daşıyan yeganə qida olan bildirçin yumurtasından dünyanın bir çox ölkəsində təbii müalicə üsulu kimi istifadə edilir.

Son.az publika az-a istinadən inancalara görə uşağın dil açmasından tutmuş, sonsuzluğu aradan qaldıran bildirçin yumurtası haqda bütün məlumatları təqdim edir.

Bildirçin yumurtasında olan vitamin və minerallar

Toyuq, hinduşka, qaz və ördək yumurtası kimi yumurtalarından daha çox vitamin və mineral ehtiva edən bildirçin yumurtasında bol miqdarda A, E, B 12 vitamini, riboflavin, folat və pantotenik turşusu var. Kalsium, dəmir, maqnezium, fosfor, kalium, natrium, sink və selenyum bildirçin yumurtasında olan mineral növləridir.

Bildirçin yumurtasının faydaları nələrdir?

Öskürək, astma, bronxit, mədə və döş xəstəliklərinin müalicəsində istifadə edilən təbii antibiotikdir.

Qan azlığı və anemiya xəstəliyinə yaxşı təsir edir.

Ürək əzələlərini gücləndirir və ürək xəstəliklərinə tutulma riskini azaldır.

Uşaqların fiziki və zehni inkişaflarının artırılmasını və iştahlarının açılmasına köməkçi olan bildirçin yumurtası, daşıdığı amin turşusu ilə də uşaqların immunitet sistemini gücləndirir.