Diqqət! Ölümə sürükləyən "Mariam" məktəblilər


Digərləri 05 İyn 2018 20:49:00 345 0

Diqqət! Ölümə sürükləyən "Mariam" məktəblilər

"Mavi balina" kabusundan sonra indi də "Mariam" adlı oyun çıxıb. Bu təhlükəli oyun, qorxunc səs effektləri, ruhlarla bağlı suallarla və gecə 3- də zəng kimi qəribə tapşırıqları ilə diqqət çəkir. Bəzi ölkələrdə qadağan edilsə də, hazırda bu təhlükəli oyun Azərbaycanda məktəblilər arasında sürətlə yayılır.

"Ətrafımızda bir ruh var, yatağın altına bax, açarı götürüb qapını aç, sonra evdən çıx meşəyə gedək". Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu qəribə və tükürpədici tapşırıqlar hər hansısa qorxu filmindən deyil, son zamanlar məktəblilər arasında geniş yayılan "Mariam" adlı oyundandır. Apardığımız araşdırma göstərdi ki, oyun ölkəmizdə məktəblilələr arsında da geniş yayılmaqdadır.

Araşdırmalara görə, Səudiyyə Ərəbistanlı bir gənc tərəfindən hazırlanan "Mariam" oyununun saçdığı təhlükə "Mavi balina" oyunundan da təhlükəlidir. Oyunda "Mariam" adlı 9 yaşındakı qız yolda itdiyini qeyd edərək, evə dönmək üçün oyunçudan yardım istəyir. Oyun başlamadan öncə oyunçunun ev adresi və yaxın çevrəsi haqqında məlumatlar tələb edilir. Daha sonra "Facebook" və "ƏhatsApp" bilgilərini paylaşmaq tələb olunur.

Psioxoloqların sözlərinə görə, şiddət, ölüm qorxusu və öldürməyə təşviq edən belə təhlükəli oyunlar uşaqların emosional və sosial inkişafına mənfi təsir göstərir.


Xəbərə aid video