Azərbaycan özünü tikinti materialları ilə 100 faiz təmin etmək istəyir


Digərləri 05 İyn 2018 20:39:00 262 0

Azərbaycan özünü tikinti materialları ilə 100 faiz təmin etmək istəyir

Azərbaycan yaxın illərdə özünü tikinti materialları ilə 100 faiz təmin etmək niyyətindədir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən IV Avropa İttifaqı-Azərbaycan biznes-forumu zamanı deyib.

N.Səfərovun sözlərinə görə, son vaxtlarda Azərbaycanda tikinti sənayesinin inkişafı nəinki bu sahədə müasir müəssisələrin yaradılmasına, eləcə də tikinti materialları ilə özünü təminatı artırmağa imkan verib.